Yalançının yeni ləqəbi: "araşdırmaçı jurnalist"


Digərləri 25 Apr 2019 17:54:00 244 0

Yalançının yeni ləqəbi: "araşdırmaçı jurnalist"

Son.az Müşfiq Ələsgərlinin yazısını təqdim edir.

"Soros şəbəkəsi"nin Azərbaycanda etimadsızlıq mühiti yaratmaq üçün istifadə etdiyi vasitələrin detalları üzə çıxır. 

Trolluqdan "araşdırmaçı jurnalistikaya"

Həftə içində sosial şəbəkə fəalları maraqlı fakt aşkarladılar, məlum oldu ki, müxalif yazar, özünü araşdırmaçı jurnalist elan etmiş Cavanşir Həsənli oxucu auditoriyası qazanmaq üçün qeyri-adi üsuldan istifadə edir. O, müxtəlif ölkələrdə baş vermis, sensassiyaya çevrilə bilmiş insidentlər barədə informasiyaları arxivləşdirib saxlayır, bir müddət sonra, yəni zamanla unudulub gündəmdən çıxdıqdan sonra, həmin informasiyaları "modernləşdirərək" Azərbaycan auditoriyasına təqdim edir. Hadisə iştirakçısı olmuş şəxslərin ad-soyadını dəyişdirir, onları azərbaycanlılaşdırır, belə sensassiyalı süjetlərin fonunda özünün hədəf seçdiyi şəxsləri daha çox oxucunun qınaq obyektinə çevirir. Həsənli   "Azərbaycanlı məmurun oğlu Londonda "Lamborcini" ilə belə qəza törətdi" başlıqlı status paylaşıb. Bu yazı "Azadlıq" qəzetində dərc edilib. Paylaşdığı statusun təsir gücünü artırmaq məqsədilə, "qəza yerindən şəkil" də təqdim edib. Diqqətli oxucular isə fərqinə varıblar ki, fotoda əks olunmuş görüntülər Cavanşir Həsənlinin təqdim etdiyinin əksinə olaraq, hansısa "Azərbaycanlı məmurun oğlu"na deyil, məşhur futbolçu Kristiano Ronaldoya məxsusdur. Qəzanı Ronaldo törədibmiş, "Lamborcini" də ona məxsusmuş. Əgər Ronaldo dünyaca məşhur olmasaydı, fanatları tərəfindən hər addımı izlənilməsəydi, onun qəzada zədələnmiş "Lamborcini"si rəqəmsal yaddaşda qalmasaydı,   yəqin ki, bu şəkil də üzə çıxıb məşhurlaşmazdı və "araşdırmaçı jurnalistin" taktikasının üstü açılmazdı.

Bu yanlışı Cavanşir Həsənlini diqqət mərkəzinə gətirib, onun digər yazılarının da təhlil edilməsinə səbəb olub. Nəticədə acınacaqlı mənzərə ortaya çıxıb. Bəlli olub ki, "Lamborcini" olayı Cavanşir Həsənlinin yeganə yanlışı deyil, yazdığı yazıların hamısında bənzər məqamlar var.  Bundan bir həftə öncə "araşdırmaçı jurnalist" başqa bir xəta da törədib. "Azadlıq" qəzetində dərc etdirdiyi "İsa Həbibbəylinin oğlu da oliqarx imiş" başlıqlı yazı onun fərqli taktikalarının üstünü açır. Yazı  müəllifi iddia edir ki, "Milli Məclisin komitə sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin oğlu Ərəstu Həbibbəylinin Türkiyədə aliminium fabriki var".  "Araşdırmaçı jurnalist" Ərəstu Həbibbəylinin  Baş Nazirin Katibliyinin rəisi işləməsini əsas götürərək bildirir ki, "eyni şəxsin həm məmur, həm də sənaye obyekti rəhbəri olması, oliqarxlıq əlamətidir". Yazı "faktlarla" və "qanunlardan çıxarışlarla" zənginləşdirilib, oxucunu inandırmaq, həyəcanlandırmaq, Azərbaycan məmuruna qarşı etimadsızlıq ruhunda kökləmək üçün bütün addımlar atılıb. Oxucuda "faktların" doğruluğuna inam yaratmaq üçün istinad mənbələri də göstərilib. Əsas "mənbə" kimi Türkiyə türkcəsində yayımlanan  www.sektorelrehber.com saytına istinad edib. Əgər oxucu xəbərin doğruluğuna əmin olmaq üçün həmin sayta daxil olub axtarış aparsa, həqiqətən də, "Arastu Alüminyum Sanayi və Dış Ticaret Limited " şirkətinin adına təsadüf edə bilər. Onun tərkibində Arastu sözünün olduğunu, bu adın isə dolayısı ilə Baş Nazirin Katibliyinin rəisinin adı ilə uyğunluğunu görmək, "araşdırmaçı jurnalistin" yazdıqlarına inanmaq olar.  Amma bu, zahiri, ilkin təəssüratdır. Bir az diqqətli olmaq və qısa araşdırma aparmaq yetir ki, yazının qondarma faktlar üzərində qurulduğu və oxucu auditoriyasını aldatmaq üçün "maxinasiya" qurulduğu ortaya çıxsın. Bu "maxinasiyanı" açmaq üçün bir sualın cavabından başlayaq: hər hansı dövlət məmuru fəaliyyətdə olduğu dövrdə bizneslə məşğul olmasının qanunla yasaqlandığını bilə-bilə, nədən belə addım atsın, öz adına biznes qurumu təsis etsin və  bu informasiyanın hər kəsin görə biləcəyi bir saytda yayımlanmasına razılıq versin? Cavanşir Həsənli bu suala asan cavab tapıb, bunu "məmur özbaşnalığı", "məmur talançılığı" ilə əlaqələndirib. Amma unudub ki, məsələ bu qədər sadə deyil. Belə təxribatın toruna yalnız onun özü düşüncədə olanlar düşə bilərlər. 

www.sektorelrehber.com saytı rəsmi qurumlara məxsus deyil, "həvəskar reklamçı" xarakterlidir. İstənilən şəxs orada müvafiq kateqoriyalara daxil olub, öz şirkəti barədə lazımi informasiyaları yaza və onu bu "sayt vasitəsilə məşhurlaşdıra bilər". İnformasiya bankına daxil edilən şirkətin reallıqda mövcud olub-olmaması barədə  sənədləşdirmə tələb olunmadığı üçün, barəsində məlumat verilən "şirkət" haqqında saytda qondarma, uydurma qeydlər də vermək mümkündür. Sayt admini belə bənzər addımlara maneə yaratmır. İstənilən informasiyanın həqiqiliyi yoxlanılmadan saytda yerləşdirilir. Bu isə, internet maxinatorları üçün fürsət yaradır. İstənilən adam şərləmək istədiyi birisinin adından qondarma "şirkət təsis edə" həmin şirkətin məlumatlarını bu saytda yerləşdirə bilər. Araşdırmalar göstərir ki,  saytda "Arastu Alüminyum Sanayi və Dış Ticaret Limited " şirkəti barədə yerləşdirilmiş məlumatlar da bu qəbildəndir. Onların yanlış olduğunu yalnız xüsusi araşdırma aparmaqla aşkarlamaq mümkündür. Amma burada incə bir məqam da var: "araşdırma aparan şəxs" həqiqətin üzə çıxmasında maraqlıdırmı? Əgər  deyilsə, onda kələfin ucu dolaşır. Məlum yazıda da "araşdırmaçı ju6rnalist" diqqəti saytdakı boşluqların üzə çıxarılmasına deyil,  fərqli səmtə yönəldib. Çünki onun məqsədi saytda səliqə-səhman yaradılması deyil, bu səliqəsizlikdən istifadə edib öz məqsədlərini yerinə yetirməkdir. Diqqət saytdakı boşluqlar üzərinə yönələrsə, daha dəhşətli mənzərə ortaya çıxar.

Saxta saytları kim və niyə yaradır?