Braziliyalı məşqçi: Azərbaycan Gimnastika Federasiyası öz işini əla görür


Digərləri 25 Apr 2019 17:44:21 214 0

Braziliyalı məşqçi: Azərbaycan Gimnastika Federasiyası öz işini əla görür

Bədii gimnastika üzrə Braziliya milli komandasının məşqçisi Bruna Rosa Dünya Kuboku ərəfəsində gimnastlarının məşqindən razı qalıb

Bakı. Bədii gimnastika üzrə Braziliya milli komandasının məşqçisi Bruna Rosa Dünya Kuboku ərəfəsində gimnastlarının məşqindən razı qalıb. Bunu Trend-ə müsahibəsində məşqçi özü deyib. O bildirib ki, Gimnastika Arenasındakı podium möhtəşəmdir: “Zona böyükdür, işıqlandırma yaxşıdır, məşq etmək rahatdır. Azərbaycan Gimnastika Federasiyası öz işini əla görür, gimnastlar üçün yaxşı şərait yaradılıb”.