AccessBank ilk üç gündə ödədiyi kompensasiyanın məbləğini açıqlayıb


Digərləri 25 Apr 2019 17:34:00 243 0

AccessBank ilk üç gündə ödədiyi kompensasiyanın məbləğini açıqlayıb

Aprel ayının 22-dən etibarən kompensasiyaların ödənilməsinə başlayıb.

Bakı. AccessBank "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanın icrası ilə əlaqədar aprel ayının 22-dən etibarən kompensasiyaların ödənilməsinə başlayıb. Bankdan Trend-ə verilən məlumata görə, 22-24 aprel tarixlərində bankın 28 filialı tərəfindən 3000 min nəfərdən çox müştəriyə 1 mln. manatadək məbləğdə ödəniş həyata keçirilib. Qeyd edək ki, ilkin mərhələdə ödənişlər kompensasiya məbləği 500 manatadək olan müştərilərə verilir. Müştərilərin üzləşə biləcəyi vaxt itkisinin qarşısının alınması üçün öncədən SMS vasitəsilə məlumatlandırılır. SMS-də müştərinin yaxınlaşacağı filialın adı və tarix qeyd olunur.