Ukraynada rus dilində danışmaq qadağan olundu –


Dünya 25 Apr 2019 17:23:00 196 0

Ukraynada rus dilində danışmaq qadağan olundu –

Ukrayna parlamenti "Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin olunması haqda" qanunu təsdiq edib.   Son.az avropa.info-ya istinadən xəbər verir ki, sənəd milli dilin ölkə vətəndaşları tərəfindən bütün sahələrdə istifadəsini nəzərdə tutur. Qanun dövlət idarələri ilə yanaşı, sosial müəssisələrə - təhsil və xidmət sahəsini də əhatə edəcək. 

İstisna yalnız ünsiyyət və dini mərasimlər üçün nəzərdə tutulur. Qanun layihəsinin müdafiəçiləri əsas hədəfin Ukrayna dilinin inkişafı olduğunu qeyd edirlər.

Ukrayna dil bilgisini müəyyən etmək üçün məmurlar üçün sınaq imtahanları keçirmək planlaşdırılır. Nəticələr qane olmasa məmurlar 128-450 dollar arası məbləğdə cərimələnəcək.

Ukrayna dilinin istifadəsi məcburi olan vəzifələr də müəyyən edilib: prezident, baş nazir, nazirlər kabineti üzvləri və deputatlar. Həmçinin pedaqoq, səhiyyə işçisi, vəkil və notariuslar.