Hüseyn Abdullayev məhkəmədə ağladı: "O günə qalmışam ki, kiməsə zəng edib 3 min manat tələb edim?"


Digərləri 25 Apr 2019 17:10:31 264 0

Hüseyn Abdullayev məhkəmədə ağladı: "O günə qalmışam ki, kiməsə zəng edib 3 min manat tələb edim?"

Sabiq deputat və iş adamı Hüseyn Abdullayev bugünkü məhkəmə iclasında ilk dəfə ifadə verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, daha öncəki iclaslarda ifadə verməkdən imtina edən H.Abdullayev bir neçə şahid dindiriləndən sonra israrla ifadə vermək istədiyini bildirib.

Hüseyn Abdullayev ifadəsinə məhkəməni və proses iştirakçılarını salamlamaqla başlayıb: "Cənab hakim, xahiş edirəm mənim ifadəm sözbəsöz protokola yazılsın. Dediklərimin hamısını yazın. Mən 2018-ci ci il aprelin 21-də Türkiyədə qanunsuz saxlanılarkən BMT-nin Cenevre Konvensiyası pozulub. Cənab prokuror, mən başa düşmürəm, metal, pul məsələləri ilə bağlı ittiham hardan gəlir. Mən 2000-2018-ci illər ərzində metal biznesi ilə məşğul olmamışam. Mən qanuni yollarla 1991-1998-ci illərdə Ukraynada metal biznesi ilə məşğul olmuşam, oradan əlvan və qara metalı başqa ölkələrə ixrac etmişəm. 1991-ci ildə Culfa keçid məntəqəsi açılandan sonra İranla geniş ticarət əlaqələri qurmuşam. 1992-ci ildə Naxçıvan ağır blokadada olanda İnkişaf və Müdafiə Fondunun əsas sponsorlarından biri olmuşam. Əsgərləri geyim və ərzaqla təmin etmişəm. Ölkənin  ilk rəsmi milyonçularından biri olmuşam. Belə tarixi, imkanları olan adam, sizcə, ittihamda yazıldığı kimi belə utancverici iş görər? Mən o günə qalmışam ki, kiməsə zəng edib 3 min manat tələb edim? Yazıblar ki, guya atamın, anamın adına aldığım mülklər qanunsuz yolla əldə edilmiş pulla alınıb. 

Mən hansı gizli işi görmüşəm, bunu konkret deyin. Bizim xaricdə olan bank hesablarımıza gəlincə, mənim və anamın adına İsveçrə, mənim adıma Almaniya bankında hesablar olub. Bu pullar xaricdəki biznesimdən halal, qanuni yolla qazanılıb, vergisi də ödənilib.