İcra Hakimiyyəti: Şamaxıda zəlzələdən zərərçəkənlər üçün 110 ev tikilir


Digərləri 25 Apr 2019 17:05:00 278 0

İcra Hakimiyyəti: Şamaxıda zəlzələdən zərərçəkənlər üçün 110 ev tikilir

Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində qəzalı vəziyyətə düşən evlərin yenidən tikintisi davam edir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, hazırda 110 evin tikintisi davam etdirilir: "66 fərdi yaşayış evi inşa edilir. Bundan başqa, şəhərin mərkəzində 44 mənzillik 4 mərtəbəli bina inşa edilir. Qəzalı vəziyyətdə olan 12 evin isə söküntüsünə başlanılıb".

R.Əliyev bildirib ki, zəlzələ nəticəsində 5520 ev və obyektə ziyan dəyməsi barədə RİH-ə müraciət daxil olub. Daxil olan müraciətlər əsasında rayon Fövqəladə Hallar Komissiyası 5513 evə baxış keçirib: