CARda aramsız yağışlar 70 nəfəri öldürdü


Dünya 25 Apr 2019 16:34:00 233 0

CARda aramsız yağışlar 70 nəfəri öldürdü

Cənubi Afrika Respublikasında (CAR) aramsız yağışlar fəsadlara yol açıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkənin cənubunda Kbazulu-Natal vilayətində yağışların törətdiyi daşqınlar nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

Daha 1000 nəfərin isə təbii fəlakət səbəbindən evlərini tərk etdiyi bildirilir.