İspaniya gimnastları: Milli Gimnastika Arenası böyük və gözəldir (FOTO)


Digərləri 25 Apr 2019 16:32:00 190 0

İspaniya gimnastları: Milli Gimnastika Arenası böyük və gözəldir (FOTO)

İspaniyalı gimnastlar Bakı Milli Gimnastika Arenasına heyran olduqlarını bildiriblər.

Bakı. Cani Babayeva - Bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətlərində çıxış edəcək ispaniyalı gimnastlar Klara Eskerdo və Viktoriya Kuadrilyero Redondo Bakıda Milli Gimnastika Arenasına heyran olduqlarını bildiriblər. Bunu idmançılar Trend-ə müsahibəsində deyib. K.Eskerdo Azərbaycanda iki il əvvəl Dünya Kubokunda iştirak etdiklərini deyib: “Bakı şəhəri və əlbəttə ki, Gimnastika Arenası bizim çox xoşumuza gəlir. Bu arena böyük və gözəldir. Məşqlər üçün lazımi şərait yaradılıb, çoxlu xalçalar var. Bu, çox rahatdır”.