JanKristof Paskal: "Əgər terrorçu "Allahu Əkbər" deyərək kimisə öldürürsə, deməli, o, aranı qarışdırır, çaşqınlıq yaradır"


Dünya 25 Apr 2019 16:29:00 266 0

JanKristof Paskal: "Əgər terrorçu "Allahu Əkbər" deyərək kimisə öldürürsə, deməli, o, aranı qarışdırır, çaşqınlıq yaradır"

Əgər terrorçu "Allahu Əkbər" deyərək kimisə öldürürsə, deməli, o, aranı qarışdırır, çaşqınlıq yaradır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Fransanın dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal Bakıda keçirilən "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusunda II Beynəlxalq konfransda deyib.

O qeyd edib: "Biz dinlərarası dialoqdan danışırıq, lakin ziddiyyətli məsələləri müşahidə edirik. Yeni Zelandiyada və Şri-Lankada insanlar hücuma məruz qalırlar. Əgər dinlərarası dialoq belədirsə, deməli, biz çox mürəkkəb vəziyyətə gəlib çatmışıq. Təbii, dünyada elə bir ölkə yoxdur ki, bu cür hadisələrdən sığortalansın".