40 il sonrakı anti-rekord: Çempion Liverpool olacaq?
İdman 25 Apr 2019 16:00:00 333 0
Goal.az xəbər verir ki, “qırmızı şeytanlar” 0:2 hesabıyla bitən görüşdə yeni anti-rekorda imza atıb. Manchester United Premyer Liqada bu mövsüm 50 qol buraxıb.
Manchester United Premyer Liqanın 31-ci turundan təxirə salınmış oyunda Manchester City-yə məğlub olub.
“Qırmızı şeytanlar” son dəfə 1978/79 mövsümündə 50-dən çox qol buraxmışdı. 40 il əvvəlki çempionatda 22 klub iştirak edirdi və qalib Liverpool olmuşdu.
Manchester Unitet 35 turdan sonra 64 xalla 6-cı sırada qərarlaşıb. Turnir cədvəlinə Manchester City 89 xalla başçılıq edir. İkinci sırada isə 88 xalla Liverpool-dur.
Mənbə: goal.az