Konte Qatuzzonu əvəzləyə bilər


İdman 25 Apr 2019 15:39:00 242 0

Konte Qatuzzonu əvəzləyə bilər

Antonio Konte İtaliyanın Milan klubunu çalışdıra bilər.

Goal.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Milan təmsilçisinin rəhbərliyi İtaliya Kubokunun yarımfinalında Lazio-ya 0:1 hesabı ilə məğlubiyyətdən sonra baş məşqçi Cennaro Qattuzo ilə vidalaşmaq istəyir. Onu əvəzləməyə ən real namizəd kimi 50 yaşlı italiyalı mütəxəssis göstərilir.

Milan A seriyasında 33 turdan sonra 56 xalla 4-cü pillədədir.

Qeyd edək ki, Konte ötən ilin iyulunda İngiltərə Chelsea-sindən ayrılandan bəri işsizdir.