"İndi qız tapmaq problemdi, indiki qızların..."


Digərləri 25 Apr 2019 15:45:00 384 0

"İndi qız tapmaq problemdi, indiki qızların..."

Əməkdar artist Rühəngiz Allahverdiyeva "5/5"-də əlinin aşağı olduğundan, ev almaq üçün pulunun olmadığından giley-güzar edib.

Son.az xəbər verir ki, xanım sənətçi oğlunun evlənmək istədiyini, lakin şəraitinin olmadığını deyib.

Rühəngiz Allahverdiyeva oğluna ayrı ev almaq istədiyini, amma maddi durumunun buna imkan vermədiyini bildirib:

"İkinci oğlum gəlib ki, məni evləndir. Artıq 28 yaşı var. Qız da problemdir. Amma mən qızı taparam. Mən o barədə ağıllı xanımam. Amma ona ev ala bilməyəcəm. Qəti surətdə ala bilməyəcəm. Bu yaşa qədə canlı oxudum. Restoranın müdiri də deyir "gəlsin fonoqram oxusun". Deyirəm oxumayacam. İndi bu oğlum deyir ki, "Mən universiteti də bitirmişəm, əsgər də getmişəm, məni evləndir". 


Xəbərə aid fotolar