Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti ilə görüş olub (FOTO)


Digərləri 25 Apr 2019 15:46:35 176 0

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 
müəllim və tələbə heyəti ilə görüş olub (FOTO)

Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlarda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə fəal əməkdaşlıq əsasında bu təhsil ocağının institisional potensialından, elmi təhlil və araşdırmalarından istifadə məsələləri diqqətdə saxlanacaq.

Bakı. Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlarda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə fəal əməkdaşlıq əsasında bu təhsil ocağının institisional potensialından, elmi təhlil və araşdırmalarından istifadə məsələləri diqqətdə saxlanacaq. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev həmin Akademiyanın müəllim və tələbə heyəti ilə görüşdə bildirib. Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan görüşü Akademiyanın rektoru Hüseyn Qaraşov giriş sözü ilə açaraq, nazir S.Babayevin bu təhsil ocağında keçirdiyi görüşün əhəmiyyətini qeyd edib. Görüş S.Babayevin müəllim və tələbə heyəti üçün mühazirəsi ilə davam edib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətləri, dövlət başçısının Fərman və Sərəncamlarına əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlar barədə ətraflı məlumat verib. Bildirib ki, cari ilin ötən dövründə minimum əmək haqqının və pensiyaların minimum məbləğinin, sosial müavinətlərin və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli və s. kimi mühüm tədbirlər 3 milyonadək vətəndaşın rifahına önəmli dəstək olub.