Media işçiləri İçərişəhərdə görülən abadlıq işləri ilə tanış olublar


Digərləri 25 Apr 2019 14:44:00 47 0

Media işçiləri İçərişəhərdə görülən abadlıq işləri ilə tanış olublar

Aprelin 24-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi media işçiləri üçün İçərişəhərdə görülən abadlıq işləri ilə bağlı ekskursiya təşkil edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ekskursiya Bakı Fotoqrafiya Evində, İçərişəhər Qoşa qala qapısı ətrafında orta əsrlərdə tikilən köhnə hamam və qala divarları ətrafında aparılıb.

Bildirilib ki, idarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir.

Diqqətə çatdırılıb ki, 2019-cu ildə də idarənin bu sahədəki fəaliyyəti uğurla davam etdirilib və paytaxtımızda ilk dəfə olaraq İçərişəhər ərazisində Qoruq İdarəsinin təşəbbüsü və təşkilatçılığı Bakı Fotoqrafiya Evi yaradılıb. Böyük Qala və Qüllə küçələrini bir-birindən ayıran bina 1890-cı ildə tacir Məmmədhəsən Həsənov tərəfindən tikdirilib və neoklassizm üslubunda inşa edilib. Hazırda binanın fasadında əks olunun qadın heykəli, Klio tarix ilahəsi olaraq insanları zamanın sehrinə səyahət etməyə çağırır. Artıq Bakı Fotoqrafiya Evində sərgilər açılır, müsabiqələr keçirilir, ustad dərsləri təşkil olunur. Burada, həmçinin Bakının fotolarından ibarət köhnə kolleksiya da nümayiş edilir. Fotolar sırasında Bakının XIX əsrdə göyün stratosfer qatından çəkilən şəkillər da yer alıb. Bakı Fotoqrafiya Evi 1868-ci ildən başlayaraq sənədli və bədii fotoları sərgiləyir, bu da qonaqların marağına səbəb olur. Bildirilib ki, fotolar müxtəlif dövrləri əks etdirir və burada şəhərin ümumi görünüşünün necə dəyişdiyini izləmək olar.

Turun Bakı Fotoqrafiya Evindən başlanması ekskursiya iştirakçılarında görülən işlərin bir qismi haqqında olduqca aydın təsəvvür yaradıb.

Sonra iştirakçılar İçərişəhərin qoşa qala qapısı yaxınlığında XVII əsrə aid olan, hazırda restavrasiya edilən köhnə hamamla tanış olublar. Hamamın restavrasiyadan əvvəlki vəziyyəti tamamilə qumluq bir ərazini əhatə edirdi. Ancaq görülən abadlıq işləri nəticəsində abidənin nəinki dağıdılmış kümbəzləri bərpa edilib, eyni zamanda, uçulmuş hamam əvvəlki vəziyyətinə qaytarılıb. Ərazidə işlərin hələ də davam etməsinə baxmayaraq 300 kvadratmetr ərazini əhatə edən hamamın ümumi görünüşünü görmək mümkündür.

Qeyd olunub ki, hamam klassik formada Abşeron yarımadasında geniş yayılan əhəng daşından tikilib. Bunun nəticəsində tikili qışda isti, yayda isə sərin qalır.

Azərbaycanda polietilen örtük istehsalı işə salınır like
  • 25 Apr 14:39  
Digərləri Azərbaycanda polietilen örtük istehsalı işə salınır

"Aprelin 25-i Bakının Məhəmmədi qəsəbəsində polietilen örtüklər

arrow Ətraflı
Bu ölkədə bir gündə 22 mindən çox ildırım çaxması qeydə alınıb like
  • 25 Apr 14:34  
Dünya Bu ölkədə bir gündə 22 mindən çox ildırım çaxması qeydə alınıb

Fransanın Elzas vilayətində ötən gün çaxan ildırım sakinləri təşviş

arrow Ətraflı
1170 müəllim müddətsiz əmək müqaviləsi ilə işləmək üçün müsahibədə iştirak edib like
  • 25 Apr 14:31  
Digərləri 1170 müəllim müddətsiz əmək müqaviləsi ilə işləmək üçün müsahibədə iştirak edib

Ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləm

arrow Ətraflı
Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisinin favoritləri - TƏHLİL like
  • 25 Apr 14:29  
İdman Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisinin favoritləri - TƏHLİL

“Formula One” şirkətinin rəsmi saytında 2019-cu il SOCAR&nb

arrow Ətraflı
13 nəfər şaurmadan zəhərləndi like
  • 25 Apr 14:25  
Digərləri 13 nəfər şaurmadan zəhərləndi

Rusiyanın Novosibirsk şəhərində kafelərin birində 13 nəfər şaurmadan z

arrow Ətraflı
Bakıda yataqxanalardakı yanğının qarşısını almaq üçün komissiya yaradıldı like
  • 25 Apr 14:24  
Digərləri Bakıda yataqxanalardakı yanğının qarşısını almaq üçün komissiya yaradıldı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin

arrow Ətraflı
Türkiyə səfiri: "Trampın 1915ci il hadisələri ilə bağlı bəyanatı birtərəflidir" like
  • 25 Apr 14:19  
Dünya Türkiyə səfiri: "Trampın 1915ci il hadisələri ilə bağlı bəyanatı birtərəflidir"

"ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı bəya

arrow Ətraflı
Bakıda yataqxanalardakı yanğının qarşısını almaq üçün komissiya yaradıldı like
  • 25 Apr 14:17  
Digərləri Bakıda yataqxanalardakı yanğının qarşısını almaq üçün komissiya yaradıldı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin

arrow Ətraflı
Türkiyədə əməliyyat keçirilir like
  • 25 Apr 14:14  
Dünya Türkiyədə əməliyyat keçirilir

Türkiyə hərbi polisi ölkənin cənubunda, Diyarbəkirdə PKK terror təşkil

arrow Ətraflı
Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir (FOTO) like
  • 25 Apr 14:12  
Digərləri Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir (FOTO)

Aprelin 25-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Ümumdüny

arrow Ətraflı
Fatimə kürəkəninə görə ancaq "ağır" rəqslər edəcək like
  • 25 Apr 14:09  
Şou-biznes Fatimə kürəkəninə görə ancaq "ağır" rəqslər edəcək

Rəqqasə Fatimə Fətəliyeva bundan sonra efirlərdə hind rəqsi oynamayacaq.

arrow Ətraflı
Kim Çen In Putinə qılınc hədiyyə etdi like
  • 25 Apr 14:05  
Digərləri Kim Çen In Putinə qılınc hədiyyə etdi

Şimali Koreya rəhbəri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə Koreya q

arrow Ətraflı
Sumqayıt sakinini küt alətlə qətlə yetirən şəxs tutuldu like
  • 25 Apr 14:04  
Digərləri Sumqayıt sakinini küt alətlə qətlə yetirən şəxs tutuldu

Aprelin 24-də saat 21 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsin

arrow Ətraflı