Azərbaycan İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq əlaqələri qurulur (FOTO)


Digərləri 25 Apr 2019 14:46:00 211 0

Azərbaycan İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq əlaqələri qurulur (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb. Aİİ-dən Trend-ə verilən məlumata görə, müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq; tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi; qarşılıqlı fayda əldə edilməsi; hörmət və etibar prinsipləri əsasında yüksəkixtisaslı kadrların hazırlanması; elmi potensialın inkişaf etdirilməsi; qarşılıqlı anlaşma; akademik, elmi və mədəni əlaqələrin qurulması; elmi araşdırma və təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır. Sənədlərdə elmi təcrübə və araşdırma; tədris metodikası üzrə elmi məlumatların ötürülməsi; tədris prosesinin təşkili ilə bağlı təcrübənin bölüşülməsi; elmi-tədqiqat proqramları və layihələrinin birgə təşkili; tələbə mübadiləsi, elmi və metodiki vəsaitlərin çap olunması və digər məsələlər nəzərdə tutulur.