Türkiyə səfiri: "Trampın 1915ci il hadisələri ilə bağlı bəyanatı birtərəflidir"


Dünya 25 Apr 2019 14:19:00 243 0

Türkiyə səfiri: "Trampın 1915ci il hadisələri ilə bağlı bəyanatı birtərəflidir"

"ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı birtərəflidir və bu bəyanatda türk və müsəlman xalqının ağrı-acısı qeyd olunub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç deyib.

S.Kılıç bildirib ki, erməni quldur dəstələrinin həmin vaxt Osmanlı dövlətinin dinc müsəlman əhalisini qətlə yetirməsi barədə çoxsaylı faktlar var.

Diplomat vurğulayıb ki, buna baxmayaraq Ankara dəfələrlə Yerevanı 1915-ci il hadisələrini araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb, lakin Ermənistan hələ də buna reaksiya verməyib.