Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir (FOTO)


Digərləri 25 Apr 2019 14:12:33 225 0

Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir (FOTO)

Aprelin 25-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı öz işinə başlayıb.

Bakı. Aprelin 25-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı öz işinə başlayıb. Beynəlxalq tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, konfransda Ümumdünya Gömrük Təşkilatı Avropa regionunun tranzit sistemlərinin uyğunlaşdırılması, ÜGT-də əlavə dillərin istifadəsi, ÜGT-yə qoşulma ilə əlaqədar işçi qrupunun fəaliyyətinin nəticələri, ÜGT-də fəaliyyətin qiymətləndirilməsi alətinin hazırlanması, 2019-2022-ci illər üzrə hazırlanacaq Strateji Planda Avropa regionunun prioritetləri, ÜGT-nin qayda və prosedurlarının təkmilləşdirilməsi, ÜGT-nin Regional Laboratoriyalarının texniki şərtlərinin qəbul edilməsi, ÜGT-nin Avropa regionunun ÜGT-nin Komitə və orqanlarında təmsil edilməsi, Bakıda yerləşən ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri vəzifəsinə namizədlərin təqdim edilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.