Bakıda yataqxanalardakı yanğının qarşısını almaq üçün komissiya yaradıldı


Digərləri 25 Apr 2019 14:17:00 212 0

Bakıda yataqxanalardakı yanğının qarşısını almaq üçün komissiya yaradıldı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğın hadisələrinin qarşısının alınması ilə bağlı komissiya yaradılıb.

Bakı. Samir Əli - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğın hadisələrinin qarşısının alınması ilə bağlı komissiya yaradılıb. Bu barədə Trend-ə açıqlamasında komitə sədri Rövşən Rzayev deyib.