İki dəfə ağciyər köçürülən müğənni öldü


Dünya 25 Apr 2019 13:24:00 205 0

İki dəfə ağciyər köçürülən müğənni öldü

İki dəfə ağciyər transplantasiyası əməliyyatı keçirmiş tanınmış amerikalı opera müğənnisi Çariti "Sanşayn" Tilman-Dik 35 yaşında vəfat edib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, gənc ifaçıya 2004-cü ildə ağciyər hipertenziyası diaqnozu qoyulub. Sağ qalması üçün ona iki dəfə donor ağciyəri köçürülüb.

Fiziki məhudiyyətli olmasına rəğmən, uzun illər karyerasını davam etdirib və dünyanın müxtəlif opera teatrlarında məlahətli soprano səsi ilə dinləyicilərin könlünü oxşayıb.

Müğənninin ölüm xəbərini ailəsi onun "Facebook" səhifəsində elan edib.


Xəbərə aid fotolar