Hərəkətdə olan avtomobil alışıb yandı


Digərləri 25 Apr 2019 12:19:00 205 0

Hərəkətdə olan avtomobil alışıb yandı

Qaxda avtomobil yanıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Fısdıqlı kəndində 65 yaşlı Məhəmməd Sadıqova məxsus kiçiktutumlu yük avtomobili hərəkətdə olarkən anidən alışıb. Sürücü avtomobilin yandığını görüb və qəza baş verməməsi üçün maşını yol kənarına çəkib.

Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın tez bir zamanda söndürülsə də, avtomobilin salon və mühərrik hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar