Sevda Yahyayevanın prodüseri danışdı:


Şou-biznes 25 Apr 2019 12:04:00 255 0

Sevda Yahyayevanın prodüseri danışdı:

Müğənni Sevda Yahyayeva ögey atasının səsləndirdiyi ittihamlara cavab verib.

Son.az bildirir ki, sənətçinin 11 illik prodüseri Pərviz Əsgərov "qafqazinfo"ya açıqlama verərək məsələyə aydınlıq gətirib. Prodüser həmin şəxsin "Səni axtarıram" proqramında yalan danışdığını qeyd edib:

"O, iddia edir ki, Sevda Yahyayevanı "Yeni ulduz" müsabiqəsinə 15 həftə aparıb.  Bu, yalan söhbətdir.  Sevda xanım müsabiqə dövründə metro və avtobusdan istifadə edərək çəkilişlərə özü gedib-gəlib. Bunu sözügedən müsabiqənin əməkdaşları, iştirakçılarından öyrənə bilərsiz. Sadəcə olaraq həmin şəxs efirdə özünü elə təqdim edir ki, guya Sevda xanım üzərinə böyük əməyi var, lakin qarşı tərəf onu axtarmır.