Rusiyada tarixi görüş baş tutdu


Dünya 25 Apr 2019 11:14:00 177 0

Rusiyada tarixi görüş baş tutdu

Rusiya və Şimali Koreya prezidentləri arasında ilk rəsmi görüş başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Vladimir Putinlə Kim Çen In arasında danışıqlar Rus adasında yerləşən Uzaq Şərq Federal  Universitetinin kampusunda keçirilir.

Liderlər əl-ələ görüşdükdən sonra mətbuata qısa bəyənatlar veriblər.

KXDR rəhbəri bildirib: "Dünyanın bütün diqqəti Koreya yarımadasındakı vəziyyətə yönəlib. Düşünürəm ki, biz bu məsələ ilə bağlı qiymətləndirmə və fikir mübadiləsi aparacağıq və bunu birlikdə həll etməyin yollarına dair çox əhəmiyyətli danışıqlar aparacağıq".