Bunsuz şirkətlərin uğur qazanması mümkün deyil


Digərləri 25 Apr 2019 10:30:00 254 0

Bunsuz şirkətlərin uğur qazanması mümkün deyil

"Rabitəbank"ın Müştərilərə Xidmət Departamentinin müdiri, bank sektorunda ümumilikdə 15 illik təcrübəsi olan Emin Kərimovun Son.az-a müsahibəsi:

- Emin bəy, təmsil etdiyiniz bank son zamanlar korporativ mədəniyyətin forması sayəsində çox böyük irəliləyişlərə nail olub. Nədir korporativ mədəniyyət?

- Korporativ mədəniyyət inkişaf etmək istəyən bütün şirkətlər üçün vacib amillərdən biridir. Korporativ mədəniyyəti olmayan şirkət köksüz ağaca bənzəyər. Yəni ağac boy ata bilər, amma dayanıqlığı olmaz. Bu misal loru dildə olsa da, gerçəkliyi tam əks etdirir.

Korporativ mədəniyyət şirkətin adətlərini, ənənələrini, ona olan inamı, şirkət daxilində və ya tərəfdaşlarla olan davranış qaydalarını özündə birləşdirən bir sistemdir.

Korporativ Mədəniyyət Şirkətin Ruhudur, Onurğasıdır.

Korporativ mədəniyyəti olmayan şirkətlər stabil olmadığları kimi məhvə də düçardırlar.

Bu mədəniyyət iki formada yaranır. Bunlardan biri planlı şəkildə olur. Yəni şirkətin rəhbərliyindən, idarəçililiyindən bəhrələnərək, yazılmış prosedurlar və sonradan tam olaraq üzərində nəzarət qurulmuş qaydalar əsasında formalaşır.

Korportaiv mədəniyyətin digər forması öz-özünə təbii yolla formalaşan, insan ünsürlərindən asılı olan, şirkət daxilində çoxlu fərdi fərqlilikləri özündə cəmləşdirən və öz axarı ilə yaranır. Bu ikinci hal idarəolunan forma deyil, onun tam idarə olunması qeyri-mümkündür. Məsələn, şirkətdə adi kadr dəyişikləri bu mədəniyyətin də tam başqa forma almasına, dəyişməsinə gətirib çıxara bilər. Yəni mədəniyyət forması fərdlərdən asılı vəziyyət yaradır və bu da arzuolunan deyil.

Lakin şirkətin idarəciliyindən, qoyulmuş məqsədlərindən və inkişaf mexanizmindən qaynaqlanan forma həm arzuolunan, həm də idarəolunandır. Dünyanın ən tanınmış və uğur qazanmış brendləri korporativ mədəniyyətin məhz bu formasını seçiblər. Belə şirkətlərdə 800-900 səhifəlik, özündə bütün məqamları əks etdirən korportaiv mədəniyyət norma və qaydaları müəyyən edilir.

- Yeri gəlmişkən, korporativ mədəniyyət nə üçün lazımdır?


Xəbərə aid fotolar