Milyonçunun oğlu oteli partlatdı Bombanı aktivləşdirməzdən bir neçə saniyə əvvəlin


Dünya 25 Apr 2019 10:37:00 221 0

Milyonçunun oğlu oteli partlatdı  Bombanı aktivləşdirməzdən bir neçə saniyə əvvəlin

Şri-lankada törədilən terror aktı ilə bağlı yeni məlumatlar və görüntülər əldə edilib.

Son.az Metro-ya istinadla xəbər verir ki, partlayış törədən 9 nəfərdən 8-nin imkanlı ailənin övladları olduğu aşkarlanıb.

İnşaf adlı terrorçunun Şri-lankanın paytaxtı Kolombodakı "Shangri-La and Cinnamon Grand" hotelin yeməkxanasına daxil olaraq özünü partlatması təhlükəsizlik kamerasına düşüb. Onun bombanı aktivləşdirməzdən əvvəlki qərarsızlığı görüntülərdə əks olunub.

Otelə saxta şəxsiyyət vəsiqəsi ilə daxil olan İnşafın törətdiyi partlayış nəticəsində 8 nəfər ölüb.

Inşaf multi-milyoner Yunus İbrahimin oğludur. Yunus xarici ölkələrə ədviyyat satışı ilə məşğul olub.


Xəbərə aid fotolar