Bakıda 52 yaşlı qadını maşın vurdu


Digərləri 25 Apr 2019 10:24:00 212 0

Bakıda 52 yaşlı qadını maşın vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində baş verib.

Bakı şəhər sakini Həsənov Laçın Gülbala oğlu "Cerry" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən, 1967-ci il təvəllüdlü Yusifova Təranə Əlihüseyn qızını vurub.

Yaralı ağır kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.