Baş nazirin müavini: "Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafelərinə tamamilə uyğun gəlir"


Siyasət 25 Apr 2019 10:14:00 76 0

Baş nazirin müavini: "Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafelərinə tamamilə uyğun gəlir"

"Azərbaycan-Çin münasibətləri möhkəm təməllər üzərində qurulub. Bu əməkdaşlığı dostluq, tərəfdaşlıq kimi xarakterizə etmək mümkündür".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə Çin Xalq Respublikasına rəsmi səfər edib:

"Çinlə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsi ilə bağlı çox vacib sənədlər imzalanıb. Hesab edirəm ki, bizim münasibətlərimiz siyasi cəhətdən kifayət qədər etibarlıdır və yüksək səviyyədə özünün təzahürünü tapıb. Çin tərəfi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini ifadə edib. Təbii ki, Azərbaycan da vahid Çin ideyasını dəstəklədiyini açıq şəkildə bəyan edir. Çinlə iqtisadi cəhətdən əməkdaşlığımız genişlənir. Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif kampaniyaları iştirak edirlər. Güman edirəm ki, gələcəkdə bu istiqamətdə səylərimiz daha da genişlənəcək. Eyni zamanda, Çin və Azərbaycan arasında əməkdaşlığın bir konkret təzahür forması var ki, bu da qədim İpək Yolunun bərpa edilməsi ilə əlaqədar aparılan işlər çərçivəsində reallaşır".

Baş nazirin müavini vurğulayıb ki, Prezident İlham Əliyevin Çinə cari səfəri də bu dövlət tərəfindən reallaşdırılan 2-ci "Bir kəmər, bir yol" layihəsi üzrə keçirilən böyük beynəlxalq konfransda iştirakla bağlıdır:

"Bu layihənin həyata keçirilməsində bu və ya digər formada iştirak edən dövlətlər həmin konfransda təmsil olunurlar. Təbii ki, Azərbaycan da həmin layihənin həyata keçirilməsində yaxından iştirak edir. Bu mənada Prezident İlham Əliyev də həmin konfransda Azərbaycanı təmsil edir. Beləliklə, hesab edirəm ki, dünyanın iqtisadi cəhətdən ən qüdrətli dövlətlərindən biri olan Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafelərinə tamamilə uyğun gəlir. Kifayət qədər ciddi əsaslar mövcuddur ki, bu əməkdaşlıq daha da genişlənsin və inkişaf etsin".

Alçanın kiloqramı 100 dollara satılır like
  • 25 Apr 10:09  
Dünya Alçanın kiloqramı 100 dollara satılır

"İranın paytaxtı Tehranın şimalında 1 kq alça 4 milyon riala (təxmi

arrow Ətraflı
Tolik Sevdanın atasına: like
  • 25 Apr 10:04  
Şou-biznes Tolik Sevdanın atasına:

Müğənni Sevda Yahyayevanın ögey atasının " Sevda anasını evində x

arrow Ətraflı
Bakıda 52 yaşlı qadını maşın vurdu like
  • 25 Apr 10:01  
Digərləri Bakıda 52 yaşlı qadını maşın vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə başsağlığı verib like
  • 25 Apr 09:57  
Siyasət Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə baş

arrow Ətraflı
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə başsağlığı verib like
  • 25 Apr 09:54  
Digərləri Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə baş

arrow Ətraflı
Ermənilər bu gecə də dinc durmadı like
  • 25 Apr 09:54  
Digərləri Ermənilər bu gecə də dinc durmadı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Eksdeputatın məşhur restoranı sökülür like
  • 25 Apr 09:49  
Digərləri Eksdeputatın məşhur restoranı sökülür

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi il

arrow Ətraflı
Üç övladını anasız qoyan müəllimin görüntüsü yayıldı like
  • 25 Apr 09:44  
Digərləri Üç övladını anasız qoyan müəllimin görüntüsü yayıldı

Ötən gün özünü evlərinin yaxınlığından keçən körpüdən Akkuşa ç

arrow Ətraflı
Alçanın kiloqramı 100 dollara satılır - İranda like
  • 25 Apr 09:39  
Digərləri Alçanın kiloqramı 100 dollara satılır - İranda

İranın paytaxtı Tehranın şimalında 1 kq alça 4 milyon riala (təxminən 9

arrow Ətraflı
İran erməniləri: onlar özlərini like
  • 25 Apr 09:39  
Dünya İran erməniləri: onlar özlərini

İrandakı ermənilər dünən qondarma "erməni soyqırım"ının 114

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 25 Apr 09:34  
Digərləri Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 25 aprel tarixindən etibarən valyuta məzənnəl

arrow Ətraflı
Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı olub like
  • 25 Apr 09:33  
Digərləri Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbə

arrow Ətraflı