Nazir: "Formula 1in iyunda keçirilməsi bağlı danışıqlar aparılır"


Digərləri 25 Apr 2019 09:19:00 189 0

Nazir: "Formula 1in iyunda keçirilməsi bağlı danışıqlar aparılır"

"Azərbaycan Formula 1 Qran Prisi yarışlarının keçirilməsi vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildlrib: "Hazırda Formula 1 yarışları 21 mərhələdən ibarətdir. İlk yarış ölkəmizdə iyun ayında keçirilib. Gələcək illərdə də yarışların iyun ayında aparılması üçün danışıqlar aparılır. Hazırda 4 ölkə Qran Pri yarışlarının keçirilməsi üçün növbə gözləyir".