Windows 7 işlədənlərə bəd xəbər


Digərləri 25 Apr 2019 08:51:00 205 0

Windows 7 işlədənlərə bəd xəbər

"Windows 7" əməliyyat sisteminin dəstəyinin dayandırılacağı ilə bağlı istifadəçilərə bildirişlər göndərməyə başlayan "Microsoft" korporasiyası onlara yeni kompüter almağı tövsiyə edir.

Son.az ICTnews-a istinadən bildirir ki, korporasiya "Windows 7" əməliyyat sisteminin dəstəyini 14 yanvar 2020-ci ildə dayandırmağı planlaşdırır. Bu tarixdən sonra "Windows 7" yenilənmə mərkəzinin texniki köməyindən və avtomatik yenilənmələrindən istifadə qeyri-mümkün olacaq.

"Microsoft" lazımi kömək və dəstəkdən yararlanmaq üçün 2020-ci ilin yanvarınadək "Windows 10" əməliyyat sisteminə keçməyi tövsiyə edir", - korporasiyanın məlumatında qeyd olunur.

Korporasiya nümayəndələrinin sözlərinə görə, dəstəklənmə dayandırıldıqdan sonra əməliyyat sistemi işləməkdə davam etsə də, "Windows 7" sisteminin idarəetməsi ilə işləyən qurğular virus və hücumlara qarşı daha həssas ola bilər.