ABŞ "Hizbullah" ilə əlaqədar şəxslər barəsində sanksiyalar siyahısını genişləndirib


Dünya 25 Apr 2019 08:13:00 270 0

ABŞ "Hizbullah" ilə əlaqədar şəxslər barəsində sanksiyalar siyahısını genişləndirib

ABŞ "Hizbullah" hərəkatı ilə əlaqədar sanksiyalar siyahısına iki nəfər və üç təşkilatı daxil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.

Bildirilir ki, sanksiyalar siyahısına Belçika vətəndaşı Vael Bazzi, Livan vətəndaşı Həsən Tabaci, Böyük Britaniyada qeydiyyatdan keçmiş "BSQRD Limited" şirkəti və Belçikada qeydiyyatdan keçmiş "Voltra Transcor Energy BVBA" və "OFFISCOOP NV" şirkətləri daxil edilib.