ABŞ Kubaya dair sanksiyalar siyahısını genişləndirib


Dünya 25 Apr 2019 08:08:00 262 0

ABŞ Kubaya dair sanksiyalar siyahısını genişləndirib

Vaşinqton Kubaya dair sanksiyalar siyahısına daha 5 hüquqi şəxsi əlavə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin press-relizində deyilir.

Məlumatda bildirilir: "Dövlət Departamenti Kubaya dair sanksiyalar siyahısını yeniləyib və bu ölkənin hərbçilərinə aid 5 hüquqi şəxsi siyahıya əlavə edib. Dəyişikliklər bu gündən qüvvəyə minir".