Tesla şirkətinə məxsus avtomobil özüözünə alovlanıb


Digərləri 25 Apr 2019 07:51:00 327 0

Tesla şirkətinə məxsus avtomobil özüözünə alovlanıb

Elektrik, benzin yaxud digər istənilən texnologiya ilə işə düməsindən asılı olmayaraq bütün avtomobillərin qəzadan sonra yanma ehtimalı qaçılmazdır.

Son.az chip.az-a istinadən bildirir ki, elektrik maşınlarının benzinlə çalışan  avtomobillərdən daha çox yanması ilə bağlı hər hansısa rəsmi statistika da yoxdur. Buna baxmayaraq,  "Tesla avtomobili yandı" xəbəri hər kəsin diqqətini cəlb etdi.

Şanxayda (Çin) park edilmiş Tesla maşını özü-özünə alovlanıb. Təhlükəsizlik kameralarında əks olunan görüntülərə əsasən yanğın nəqliyyat vasitəsinin alt tərəfindən başlayıb. Bununla da hadisənin baş verməsinə ilkin səbəb olaraq bateriyanın olduğu göstərilir. Görüntülərdə yanğın zamanı nəqliyyat vasitəsinin şarj etməsi ilə bağlı hər hansısa məlumat yoxdur.