Pompeo Qətər XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Dünya 25 Apr 2019 07:55:00 246 0
ABŞ dövlət katibi Mayk Pompeo Qətərin baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd bin Abdul Rəhman Əl-Tani ilə regional məsələləri müzakirə edib.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib.
M.Ortaqus deyib: "Dövlət Katibi və xarici işlər naziri bir regional məsələləri, həmçinin Əfqanıstan, Liviya, Sudan və İranın regionda zərərli təsirinə qarşı mübarizəni müzakirə ediblər".
Mənbə: milli.az