Azərbaycanda tirajı 1 milyon 200 min nüsxə olan marka buraxılıb


Digərləri 25 Apr 2019 07:25:00 189 0

Azərbaycanda tirajı 1 milyon 200 min nüsxə olan marka buraxılıb

"Azərmarka" MMC "Standart buraxılış. Qalalar" adlı poçt vərəqini tədavülə buraxıb.

Son.az Trend-ə istinadən bildirir ki, orijinal poçt vərəqi 32 maraqlı markadan ibarətdir. Poçt vərəqinin ölçüsü 160x130 mm, markanın ölçüsü isə18x26 mm təşkil edir.

Poçt markalı vərəq "Azərmarka"nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Layihə Belarusun "Bobruisk Integrated Printing House" çap evində işiq üzü görüb.