Muğam Mərkəzində dahi Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)


Digərləri 25 Apr 2019 00:44:00 205 0

Muğam Mərkəzində dahi Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Muğam Mərkəzində dahi Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti baş tutub. Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov cıxış edərək, Nəsimi poeziyasının dərinliyindən söhbət açaraq, müsabiqənin məqsədləri və əhəmiyyəti haqqında danışdılar, tələbələrə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.