Qızarmış çörək sevirsiniz? Dəhşətli xəstəliyə səbəb ola bilər


Digərləri 24 Apr 2019 23:56:00 369 0

Qızarmış çörək sevirsiniz?  Dəhşətli xəstəliyə səbəb ola bilər

Son zamanlarda aparılan araşdırmalar nəticəsində məlum olub ki, çox xırt-xırt bişmiş qidaların xərçəngə səbəb olması məlum olub. Bu qidalara çox bişmiş un məmulatları, kartof qızartması, qızarmış tost və qovrulmuş bütün qidalara aid edilə bilər. 

Son.az medicina.az-a istinadən bildirir ki, laboratoriya şəraitində aparılan araşdırmalara görə, tərkibində nişasta olan qidaların uzun müddət yüksək temperaturda bişməsi akrilamid maddəsinin yaranmasına səbəb olur. Akrilamid maddəsi Dünya Sağlamlıq Təşkilatı tərəfindən "kanserogen maddə" olaraq tanınır.