Narahat ayaqqabı ayaqda problem yaradır


Digərləri 24 Apr 2019 23:42:00 251 0

Narahat ayaqqabı ayaqda problem yaradır

Narahat ayaqqabı geyinmək ayaqda problemlər yaradır. Hər fəslin özünə uyğun ayaqqabısı var. Seçim zamanı rahatlıq və estetik görünüşə üstünlük verənlər də olur. Düzgün ayaqqabı seçimi səhhətin qorunmasında əhəmiyyətli rol oynayır.

Rahat ayaq ilk növbədə altı düz və ya ortopedik ayaqqabı geyərkən olur. Bəzi xəstəlik və problemlərin səbəbi məhz düzgün seçilməyən ayaqqabıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: "Keyfiyyətsiz ayaqqabı geyinən zaman ayaq tərləyir və göbələk xəstəliyinin yaranmasına səbəb olur. Bundan başqa keyfiyyətsiz ayaqqabıların yaratdığı fəsadlardan biri təmas zamanı onların tərkibində olan kimyəvi maddələrin dəriyə keçməsi nəticəsində dəridə dermatit xəstəliyinin əmələ gəlməsidir. Narahat ayaqqabı həm də ayaqda döyənəklər əmələ gətirir".