Gün ərzində 2 stəkandan çox içsəniz...


Digərləri 24 Apr 2019 23:48:00 267 0

Gün ərzində 2 stəkandan çox içsəniz...

Minnesota alimlərinin bildirdiklərinə görə, qazlı sular xərçəng də daxil olmaqla bir çox mədə-bağırsaq xəstəlilərinə səbəb olmasına baxmayaraq çox populyardırlar.

Son.az medicina.az-a istinadən bildirir ki, alimlər 60.000 Sinqapur sakini üzərində 14 il müddətində müşahidələr apararaq bu nəticəyə gəliblər. Məlum olub ki, qazlı suları xoşlayan insanların 87%-də mədəaltı vəzin xərçəngi riski yaranır. 

Bundan başqa hətta qazlı mineral sular da sağlamlıq üçün təhlükəlidir. Əsasən də süni şəkildə qazlaşdırılmış sular daha çox zərərlidir. Bunun səbəbi isə qazlı suyun tərkibində olan karbon qazının mədənin selikli qişasına qıcıqlandırıcı təsir göstərərək onun daha çox miqdarda aqressiv xlorid turşusu sintez etməsinə səbəb olmasıdır. Bu zaman köpmə və həzm traktının pozulması baş verir. Buna görə də, qazlı su insanad qastrit, mədəaltı vəzin  və bağırsağın xorası kimi xəstəliklərə yol açır.