Dərman içmədən təzyiqin aşağı salınması üçün 6 məsləhət


Digərləri 24 Apr 2019 23:30:00 231 0

Dərman içmədən təzyiqin aşağı salınması üçün 6 məsləhət

Həkim dərman içmədən təzyiqin aşağı salınması üçün 6 məsləhət verib. Bu məsləhətlər vaxtaşırı təzyiqin qalxması ilə müşayiət olunan zəif hipertoniya hallarında effektlidir. Əgər hipertoniya ciddidirsə, o halda bu məsləhətlərə dərman müalicəsinin uyğunlaşdırılması ilə riayət etmək lazımdır.

Son zamanlar təzyiqin aşağı salınmasında dərmansız üsullara üstünlük verilməsi barədə söhbətlər tez-tez eşidilir. Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyalı mütəxəssis, terapevt-kardioloq Olqa Aleksandrova bildirib ki, bu üsullar orta və ağır hipertenziyalar zamanı dərmanı əvəz edə bilməz. Bununla yanaşı, dərman vasitələri ilə uyğunlaşmada onlar yenə də aktualdır.

DASH-pəhriz. Qidalanmanın bu növü təzyiqi aşağı salma vasitəsi kimi Ürək və Ağciyər Xəstəlikləri Milli İnstitutu tərəfindən qəbul edilib. Pəhrizin böyük hissəsini tərəvəz və meyvə, kəpəkli taxıl məhsulları təşkil edir. Bu zaman qırmızı ət və şirniyyatların qəbulu xeyli azaldılır. Həmçinin yağsız süd məhsulları, quş və balıq əti qəbul etmək məsləhətdir. DASH-pəhrizin köməyi ilə orta hipertoniyalı pasiyentlərin təzyiqini 14 gün ərzində normallaşdırmaq mümkündür.

Fiziki aktivlik. Həkim təzyiqin nəzarətdə saxlanılması üçün ən sadə və effektli üsul kimi orta tempdə kardioyüklənmələrdən (piyada gəzmək, rəqslər, lift əvəzinə pilləkəndən istifadə etmə) istifadə etməyi məsləhət görür.