Quru göz sindromunun müalicəsində süni gözyaşı damcılarından istifadə edilir


Digərləri 24 Apr 2019 23:24:00 70 0

Quru göz sindromunun müalicəsində süni gözyaşı damcılarından istifadə edilir

Quru göz sindromu zamanı xəstələr daha çox gözlərin həssaslığının artması, ayışma hissi, yad cisim hissiyyatı, gözlərin yaşarması və qaşınmasından şikayət edirlər. Sindromun yaranmasının əsas səbəbi gözyaşı ifrazının pozulması nəticəsində gözün buynuz qişasının gözyaşı təbəqəsinin get-gedə nazikləşməsidir. Nəticədə gözün ən həssas təbəqəsi olan buynuz qişanın üzərindəki sinir ucları açıq qalır, qıcıqlanır, xəstələrin gözlərində həddindən artıq narahatlıq, hava və su kimi xarici faktorların təsirindən gözlərdə yanma hissi yaranır və yaşarır.

Son.az bildirir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova AZƏRTAC-a bu barədə məlumat verərkən sindromun yaranma səbəbləri haqqında da danışıb: "Sindromun yaranmasının ümumi səbəbləri yüksək göz təzyiqi əleyhinə və depressiya əleyhinə olan dərmanların istifadəsi, kompüter və televizora baxarkən fasilə verilməməsi (bu zaman göz əzələlərində gərginlik yaranır və göz qırpma hərəkəti vaxtlı-vaxtında icra olunmur), tozlu mühit və siqaret tüstüsünün təsiri, kontakt linzalardan istifadə və yaşla əlaqədar gözyaşı vəzilərində sklerozlaşmadır.

Daha tez-tez rast gəlinən qızarma və keçici görmə pozulması simptomları bir neçə dəfə göz qırpmadan sonra keçib gedir. İlkin mərhələdə gözün həmin kompensator reaksiyası göz quruluğunu aradan qaldırır. Gigiyenik normalara riayət edilmədikdə və əlləri tez-tez gözlərə vurduqda konyunktivit əlamətləri özünü göstərməyə başlayır. Diaqnostika zamanı həkim xəstənin gözlərindəki hiperemiyanın dərəcəsini qiymətləndirərək gözyaşı ifrazını və gözyaşı pərdəsinin stabilliyini yoxlayır, xüsusi rəngləmə üsulu ilə buynuz qişa və konyunktivanın zədələnmə dərəcəsini müəyyən edir. Müalicə zamanı əlamətlər nəzərə alınmalı və xəstəyə fərdi qaydada yanaşılmalıdır".

2030cu ildə Gürcüstanın elektrik enerjisinə tələbatı 2 dəfə artacaq like
  • 24 Apr 23:18  
Dünya 2030cu ildə Gürcüstanın elektrik enerjisinə tələbatı 2 dəfə artacaq

Gürcüstanın elektrik enerjisinə tələbatı 2030-cu ildə təqribən 2 dəf

arrow Ətraflı
Türkiyə XİN Trampın 1915ci ilin hadisələri barədə bəyanatını şərh edib like
  • 24 Apr 23:09  
Dünya Türkiyə XİN Trampın 1915ci ilin hadisələri barədə bəyanatını şərh edib

Rəsmi Ankara ABŞ prezidenti Donald Trampın Osmanlı imperiyasında 1915-ci il

arrow Ətraflı
Türkiyə XİN Trampın 1915-ci ilin hadisələri barədə bəyanatını şərh edib like
  • 24 Apr 22:57  
Digərləri Türkiyə XİN Trampın 1915-ci ilin hadisələri barədə bəyanatını şərh edib

Rəsmi Ankara ABŞ prezidenti Donald Trampın Osmanlı imperiyasında 1915-ci il

arrow Ətraflı
Yüzlərlə balina Kanar adalarında gəmilərlə toqquşaraq məhv olur like
  • 24 Apr 22:56  
Digərləri Yüzlərlə balina Kanar adalarında gəmilərlə toqquşaraq məhv olur

Təkcə bu ilin əvvəlindən Kanar adaları sahillərində gəmilərlə toqquş

arrow Ətraflı
Təzyiqi salan ən ucuz və əlçatan TƏBİİ VASİTƏ like
  • 24 Apr 22:53  
Digərləri Təzyiqi salan ən ucuz və əlçatan TƏBİİ VASİTƏ

Həkimlər yüksək təzyiqdən əziyyət çəkən insanlara xüsusi dərman pre

arrow Ətraflı
Ölkədə qızılgümüş ucuzlaşıb like
  • 24 Apr 22:50  
Digərləri Ölkədə qızılgümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

arrow Ətraflı
Ölkədə qızıl-gümüş ucuzlaşıb like
  • 24 Apr 22:45  
Digərləri Ölkədə qızıl-gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

arrow Ətraflı