Qaraciyərin formada qalmasını dəstəkləyir


Digərləri 24 Apr 2019 23:12:00 201 0

Qaraciyərin formada qalmasını dəstəkləyir

Tərkibində pektin - qaraciyərdən zərərli maddələri çıxarmağa qadir birləşmənin olduğu ərik bu orqanın formada qalmasını dəstəkləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, pektinlər polisaxaridlərə aid edilir. Praktik olaraq, insanın həzm sistemi tərəfindən mənimsənilməyən bu maddələr enterosorbentlərdir (zəhərli maddələri bir-birinə bağlayaraq aktivləşdirilmiş kömür kimi həcm sistemindən xaric edirlər).

Mütəxəssislər ərik meyvəsinin faydalı olmasını etiraf etsələr də, onun həddən artıq qəbul olunmasını məsləhət görmürlər. Xüsusən hepatitdən əziyyət çəkən insan üçün gündə bir ədəd ərik yetərlidir. Ali kateqoriyalı həkim-terapevt Aleksey Vodovozov deyib: "İş ondadır ki, əriyin tərkibində olan beta-karotin qaraciyərdə parçalanır. Qaraciyər xəstəlikləri olan insanlarda bu, əlavə yüklənmədir".