2030cu ildə Gürcüstanın elektrik enerjisinə tələbatı 2 dəfə artacaq


Dünya 24 Apr 2019 23:18:00 202 0

2030cu ildə Gürcüstanın elektrik enerjisinə tələbatı 2 dəfə artacaq

Gürcüstanın elektrik enerjisinə tələbatı 2030-cu ildə təqribən 2 dəfə artacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Elektrik Enerjisinin İnkişafı Fondunun rəhbəri Qeorqi Çikovani deyib.

Onun sözlərinə görə, hazırda ölkədə elektrik enerjisinə tələbat 13 milyard kilovat/saatdır. Cari ilin birinci rübündə ölkədə 3,3 milyard kilovat/saat elektrik enerjisi istehlak olunub. Bunun 2,9 milyard kilovat/saatı ölkədə istehsal edilib, qalanı isə xaricdən alınıb.

Gürcüstanın elektrik enerjisinə tələbatı hər il çoxalır. Belə ki, 2016-cı ildən 2018-ci ilədək ölkənin elektrik enerjisinə olan tələbatı 6 faiz artıb. Bu illər ərzində ölkədə daxili enerji istehsalı 5 faiz çoxalıb. İdxalın həcmi isə 215 faiz artıb. Qarşıdakı illərdə bu tələbat təqribən 2 dəfəyədək artacaq və 2030-cu ildə 22 milyard kilovat/saata çatacaq.

"Ölkənin elektrik enerjisinə olan tələbatını ödəmək üçün iki yolu var. Birincisi yerli resurslardan istifadə etməklə daxili istehsalı artırmaq, ikinci yol isə xaricdən elektrik enerjisi almaqdır", - deyə Q.Çikovani bildirib.