Qan verməklə bağlı bilmədikləriniz


Digərləri 24 Apr 2019 22:47:00 253 0

Qan verməklə bağlı bilmədikləriniz

Qan - əvəzləyicisi hələ ki, yaradılmayan canlı orqandır. Planetdə yaşayan hər 3 insandan biri ömrü boyu 1 dəfə də olsa, ona ehtiyac duyur.

Son.az medicina.az-a istinadən bildirir ki, mahiyyətcə qan köçürmə canlı toxumanın transplantasiyası hesab edilir. Bir çox hallarda məhz donor qanı bir çox insanın həyatını xilas edir. 

Qan vermək orqanizm üçün zərərli deyil. Həkimlər belə hesab edirlər ki, bu, hətta faydalıdır. Hələ orta əsrlərdən insandan qan almaqla bir çox xəstəlikləri müalicə ediblər. İndiyə qədər də bu proseduru bir çox xəstəliklərdə - hipertoniya, klimaks və s. zamanı tətbiq edirlər.