Teztez sidiyə getmək Səbəblər, diaqnoz, müalicə


Digərləri 24 Apr 2019 22:23:00 288 0

Teztez sidiyə getmək  Səbəblər, diaqnoz, müalicə

Son zamanlar istər qadın, istərsə də kişilər arasında tez-tez sidiyə getmə, xüsusən gecələr 1-2 dəfə tualetə getmək kimi simptomlar çox eşidilir.

Bu vəziyyət insanın yuxu və həyat keyfiyyətini aşağı salır, onu daim narahat vəziyyətdə saxlayır. 

Son.az istinadən bildirir ki, medicina.az sidiyə normadan artıq sayda getməyin hansı xəstəliklərdən xəbər verdiyini araşdırıb.

Poliuriya nədir?

Normal halda insan sutkada 5-6 dəfə sidiyə gedir, bu daha çox səhər və gündüz saatlarında baş verməlidir.

Əgər sutkalıq sidik ifrazı 2 litri keçirsə, tibbdə buna poliuriya deyilir. 

Poliuriya asanlıqla aradan qaldırılır, amma korreksiya ilə aradan qalxmırsa, deməli, ciddi xəstəlik səbəbi var.

Adətən gündəlik maye qəbulunu azaltmaqla sidik ifrazını qaydaya salmaq olar.  Çünki çay, bitki çayları, arıqladıcı çaylar, qəhvə sidik ifrazını artırır. 

Əgər bu halda da vəziyyət düzəlmirsə, o zaman aşağıdakı xəstəliklərdən şübhələnmək olar.

-Diabet - hətta preddiabet mərhələsində belə xəstə tez-tez az-az sidiyə gedir.  -Yüksək təzyiq  -Böyrək patologiyaları -Sidik kisəsi və axarı problemi -Kişilərdə prostat vəzi iltihabı -Qadınlarda ginekoloji problemlər -Sidik kisəsi iltihabı - Sistit -Kiçik çanaq orqanlarının onkologiyası -Cinsi infeksiyalar -QİÇS -Hepatit

Bəzi dərman preparatları da sidik sistemini pozur. Eləcə də nevroz, əsəb və sinir problemləri də beyinə sidik ifrazı siqnallarını daha çox ötürür.