Dalaşan kişi ilə qadını ayıran "dovşan" sonradan davaya qoşuldu VİDEO


Digərləri 24 Apr 2019 21:41:00 225 0

Dalaşan kişi ilə qadını ayıran "dovşan" sonradan davaya qoşuldu  VİDEO

ABŞ-da baş verən bir hadisə sosial mətbuatın gündəminə düşüb.

Son.az ölkə.az-a istinadən bildirir ki, bardan çıxan qadınla bir kişi dalaşıb. Onları ayırmağa çalışan "Pasxa dovşanı" kostuyumu geyinmiş şəxs bunu bacara bilmədiyi üçün davaya daxil olub. Dava polisin gəlməsi ilə başa çatıb. Video çarx qısa müddət ərzində sosial mətbuatda viral olub.

Hadisə Orlando şəhərində baş verib. Küçədən keçən şəxs bardan çıxan zənci qadına tüpürüb. Bundan sonra dava başlayıb. Dovşan kostyumu geyinən şəxs isə dalaşanları ayırmaq istəyib. Amma buna nail ola bilmir və kişini yumruqlamağa başlayır. Hadisə yerinə gələn polis davanı bitirib və dovşan kostyumu geyinən şəxs qadın döyüldüyü üçün onlara müdaxilə etdiyini bildirib.