İran şokda:


Dünya 24 Apr 2019 21:44:00 305 0

İran şokda:

İran İnqilab Keşikçiləri Korpusunun (İİKK - SEPAH) əks-kəşfiyyat idarəsinin sabiq komandanı, keçmiş briqada generalı Əli Nasiri məxfi sənədləri götürərək ölkədən qaçıb. 

Son.az bu barədə Sputnik Azərbaycan-a istinadən xəbər verir.

Məlumata əsasən, kəşfiyyat təşkilatının başçısı, Ayətulla Əli Xameneyinin nümayəndəsi Hüseyn Taebi ilə Nasiri arasında aprelin 11-də görüş keçirilib. Görüşdə mübahisə düşüb. Daha sonra Nasiri ölkəni tərk edib.

Qeyd olunur ki, general Fars körfəzi ölkələrindən birində yerləşən ABŞ səfirliyindən sığınacaq istəyib. Əli Nasiri özü ilə birlikdə İranın nüvə və raket proqramları, həmçinin İranın xüsusi xidmət orqanları əməkdaşlarının diplomat adı altında xarici ölkələrə səfərləri barədə gizli məlumatlar da aparıb.