Reyqan erməni köməkçisini niyə qovdu?


Dünya 24 Apr 2019 21:38:00 203 0

Reyqan erməni köməkçisini niyə qovdu?

ABŞ tarixində yalnız bircə dəfə "erməni soyqırımı" terminindən istifadə olunub. Bunu ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Amerikanın səsi"nin erməni bölməsi yazıb.

Məlumata görə, bu sözlərin istifadə olunduğu nitqin müəllifi Ağ Evin əməkdaşı Kennet Xaçikyandır.

Sözügedən şəxs Niksondan sonra Reyqanın qərargahından təklif gəldikdə dərhal qarşısında açılan fürsətləri qiymətləndirir. Əgər Nikson onun üçün hazırlanan nitqləri özü oxuyurdusa, Reyqan özü üçün əhəmiyyətsiz saydığı bu prosesi köməkçilərinə həvalə edirdi.