Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?


Digərləri 24 Apr 2019 21:01:42 243 0

Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?

Azərbaycanda tullantılarından nə qədər elektrik enerjisi istehsal edilir?

Bakı. 2018-ci ildə Azərbaycanda ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2896,1 min ton və ya əvvəlki illə müqayisədə 5,1 faiz çox tullantı əmələ gəlib, onların 60,6 faizini bərk məişət tullantıları, 39,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən il yaranmış 1756,1 min ton bərk məişət tullantılarının 31,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,3 faizi ölkə daxilində satılıb, 68,5 faizi isə zibilxanalara daşınıb. Məişət tullantılarından istifadə hesabına 162,2 milyon kVt saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 51 faizini təşkil edir.