Azərbaycan "Peugeot"ları MDB ölkələrinə ixrac ediləcək


Digərləri 24 Apr 2019 20:51:00 221 0

Azərbaycan "Peugeot"ları MDB ölkələrinə ixrac ediləcək

"Azərmaş" ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda "Khazar" adı altında istehsal olunan "Peugeot" markalı avtomobillər artıq bir sıra dövlət və özəl qurumlara təhvil verilib.

Son.az bildirir ki, bunu Trend-ə "Azərmaş" şirkətinin mətbuat xidmətinin rəhbəri Günay Namidar deyib.

Onun sözlərinə görə, hazırda ASC-də "Peugeot"nun bir markası istehsal olunur:

"Zavod mart ayından seriya istehsalata start verib. Öncədən sifariş olunan "Peugeot 407" markalı avtomobillər bir çox dövlət və özəl qurumlara təhvil verilib. Həmin avtomobillərin qiyməti isə 17,5 - 19,5 min manat arası dəyişir".