Azərbaycanda "Youtube"dən ƏN ÇOX PUL QAZANANLAR


Digərləri 24 Apr 2019 20:24:00 205 0

Azərbaycanda "Youtube"dən ƏN ÇOX PUL QAZANANLAR

Azərbaycanda mahnıları, videoları, filmləri milyonlar tərəfindən izlənilən məşhurlar var. Onlar yaradıcılıqlarını nümayiş etdirib, geniş auditoriyaya təqdim etmək üçün məhz "Youtube" sosial şəbəkəsindən istifadə edirlər.

Son.az Redaktor.az-a istinadən ən çox pul qazanan məşhurların adlarını təqdim edir:

Redaktor.az-a danışan blogger Bahadur Seyidov söylədi ki,  322 000 abunəsi olan "Demədi Demə" "Youtube" kanalından ayda təxmini olaraq 700 dollar qazanır.

"Bu Şəhərdə"nin komandası da "Youtube"də ən çox sevilənlər və izlənilənlər siyahısındadır. Komandanın baş prodüsseri və ssenaristi Müşviq Abbasov bildirdi ki, onlarda hər ay fərqli olur. 209 677 nəfərin abunə olduğu kanal ayda 100-300 dollar gəlir gətirir.

Blogger Əmrah Babayev "Youtube" kanalından 1000-3000 dollar arası pul qazanır.