Yarıçılpaq məşhurlarımız


Şou-biznes 24 Apr 2019 20:04:00 312 0

Yarıçılpaq məşhurlarımız

Dünya məşhurlarının açıq-saçıq fotoları hər zaman böyük təəccüb və maraqla qarşılanır. Onlar hər il müxtəlif jurnallar, klip və konsert çəkilişləri üçün çılpaq formada kamera qarşısına keçirlər. Par-par yanan dünya ulduzları, əslində, soyunmağı, çılpaq vücudlarını nümayiş etdirməyi mədəniyyət, xüsusi incəsənət növü kimi qələmə verirlər.

Elə bizim xanım məşhurlarımız da açıq-saçıqlıqda dünya ulduzlarından geri qalmırlar. Sənətçilər arasında geyindikləri əlbisələrlə bədənlərinin müxtəlif nahiyələrini açaraq zövq oxşayanlar da var, ikrah hissi oyadanlar da.

Son.az xəbər verir ki, Oxu.az-ın əməkdaşı yarıçılpaq fotoları ilə gündəmə gələn müğənnilərlə bağlı maraqlı yazı hazırlayıb.

Başlayaq Xalq artisti Aygün Kazımovadan. Səhnədə olmazların üstündən xətt çəkib, bütün stereotipləri darmadağın edən ulduz geyim tərzi ilə hər zaman seçilib və seçilməkdə davam edir.

Bir çoxlarının qınaq və tənqidlərdən qorxub geyinə bilmədikləri Kazımova üçün ön plandadır. Xalq artistinin səhnə obrazları hər zaman tamaşaçılar tərəfindən təəccüb və maraqla qarşılanır.

Üzərində sərvət daşıyan, tez-tez açıq-saçıq geyimləri ilə gündəmi alt-üst edən daha bir məşhur isə Əməkdar artisti Röya Ayxandır.

Röya səhnə imici ilə həmkarlarını çoxdan geridə qoyub. Bədəninin müxtəlif hissələrini cazibədar formada nümayiş etdirməkdən çəkinməyən Əməkdar artistin çəkdirdiyi bir-birindən seksual fotoları izləyicilər təfərindən tənqidlərə məruz qalsa da, Röyanın heç vecinə də deyil.

Seksuallığı ilə əks cinsin nümayəndələrinin ağlını başından alan müğənni Nura Suri də həm açıqlamaları, həm də cəsarətli fotosessiyaları ilə sənət yoldaşlarından bir pillə öndədir.

İdeal bədən quruluşu ilə xanım sənətçilərə göz dağı verən Surinin son fotosessiyası hər kəsin diqqətini çəkib. Nuranın "body"də açıq-saçıq şəkilləri tənqidlərlə qarşılansa da, sənətçi "əcəb edirəm" söyləyərək izləyicilərin ağzına qıfıl vurub.

Səhnəmizin seksual ulduzlarından sayılan daha bir xanım müğənni isəDilarə Kazımovadır. O, Kazımova soyadını daşısa da, hələlik Aygün kimi risk edib səhnəyə "body"də çıxmayıb.


Xəbərə aid fotolar